Qəbələdə göldə batdığı ehtimal olunan şəxsin paltarları tapılıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göl su anbarında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarda aşkar edilib.Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları, eləcə də FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.