İyun 15, 2025-22:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Oğuzda taxıl sahələrinə daraşan siçanabənzər gəmiricilər təsərrüfatlara ziyan vurur

2025:01:27 - 16:49
in İQTİSADİYYAT
A A

Havaların isti keçməsi Oğuz rayonunun taxıl sahələrində gəmiricilərin sayının artmasına səbəb olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əsasən arpa, buğda və yonca sahələrinə daraşan siçanabənzər gəmiricilər həmin bitkiləri məhv edirlər.

Fermerlər Oğuzda siçanların çoxaldığı sahələri dərmanlamaqla gəmiricilərin tarlalara vurduğu ziyanı məhdudlaşdırmağa, onların artımının qarşısını almağa çalışırlar.

Fermerlər “Report”un yerli bürosuna bildiriblər ki, gəmiricilərə qarşı həyata keçirilən tədbirlər hələ ki gözlənilən nəticəni vermir. Onların kökü yalnız mənfi temperaturun yaranması və qar yağması ilə kəsilə bilər.

Bitki Mühafizə Mərkəzinin Oğuz rayon şöbəsindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda əkin sahələrinə ziyan vuran gəmiricilərə qarşı effektli mübarizə üçün qurumun əməkdaşları fermerləri təlimatlandır, onları aldadıcı yemlərlə təmin edirlər.

Qeyd olunub ki, rayonda bu il 16 min 317 hektar sahədə arpa və buğda səpilib. Səpin aqrotexniki qaydada yerinə yetirilib, bitiş də yaxşı alınıb. Ancaq havaların quraq keçməsi ilə əlaqədar sahələrdə ziyanvericilərin sayı artıb. Aparılan müşahidə nəticəsində 8 min 996 hektarda gəmiricilərin yayılması aşkar edilib, 8 min 946 hektarda isə kimyəvi mübarizə işləri aparılıb.

Əvvəlki Yazı

Ötən il Azərbaycanın çay idxalı ixracını 19.3 dəfə üstələyib

Növbəti Yazı

Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.