İyun 14, 2025-23:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Güllü-çiçəkli, bahar naxışlı Novruz” adlı sərginin açılışı olub

2025:03:31 - 16:39
in MƏDƏNİYYƏT
A A

Bakı Fotoqrafiya Evində “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Güllü-çiçəkli, bahar naxışlı Novruz” adlı sərginin açılışı olub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə torpağın zənginliklərini sənətdə əks etdirən və baharın füsunkar gözəlliyini yaradıcılıqda canlandıran əsərlər yer alıb.

Tədbirdə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini Rəna Nəsirova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlı çıxış ediblər.

Daha sonra modelyer Tünzalə Ağabalayevanın “Azərbaycan bayrağı” milli geyim kolleksiyası, İdarə Heyəti və birlik üzvlərinin “Keçə inciləri”, rəssam və dekorativ-tətbiqi sənət ustası Pərvanə Əliyevanın “Azərbaycan milli geyimlərinə müasir baxış” kolleksiyaları nümayiş olunub. Defilenin təşkilatçısı İctimai Birliyin İdarə Heyətinin üzvü, M.S.Ordubadinin xatirə muzeyinin direktoru vəzifəsini icra edən Rasimə Əhmədovadır.

Sərgidə professor Röya Tağıyevanın rəhbərliyi ilə birlik üzvlərinin xovlu və xovsuz xalçalar, bədii tikmə, bədii hörmə, keçə sənəti, miniatür sənəti, dəri rəngkarlığı, xəttatlıq və rəngkarlıq nümunələri göstərilib. Ekspozisiyada İdarə Heyətinin üzvləri – xalçaçı-rəssam Eldar Hacıyev, bədii tikmə və bədii hörmə ustası Elmira Qasımova, bədii tikmə ustası Şəhla Əsgərova və digərlərinin əsərləri mövcuddur.

Birlik üzvü Aynur Yunusova Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllim-konsertmeysteri Könül Abdullayeva müşayiəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin naləsini və Asiyanın nəğməsini ifa edib.

Əvvəlki Yazı

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Növbəti Yazı

Tarixçi-tədqiqatçı: Hacıqabulda 107 il öncə güllələnmiş qəbirlər hələ də qalıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.