İyun 17, 2025-1:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib

2025:04:02 - 10:15
in SOSİAL
A A

Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib.

Şuradan “Report”a bildirilib ki, sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb.

Qeyd edilib ki, “Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir.

Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır.

Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Komissiya, həmçinin, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır.

Əvvəlki Yazı

Keçmiş məcburi köçkün: Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim

Növbəti Yazı

Ağdam sakini: Yurdumu tək tərk etmişdim, həyat yoldaşım, övladlarımla qayıdıram

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.