Avqust 18, 2025-1:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Musa Qasımlı: Aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindən biridir

2025:04:02 - 14:14
in SOSİAL
A A

2016-cı il aprelin 2-nə keçən gecə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı təmas xəttində başlayan döyüşlər Azərbaycanın Qələbəsi ilə nəticələndi və böyük əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl ona görə ki, 1994-cü ilin may ayında atəşkəs əldə edildikdən sonra təmas xəttində Azərbaycanın təcavüzkar Ermənistana vurduğu ağır zərbə idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. Aprel döyüşlərində Azərbaycanın bir sıra ərazilərini işğaldan azad etdiyini deyən sədr müavini Cəbrayıl rayonunun strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinin azad edilməsinin Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsinə imkan verdiyini vurğulayıb: “Bundan başqa, düşməndən Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Qazaxlar kəndi, Suqovuşan kəndi istiqamətində yollar, eyni zamanda, Goranboy rayonunda bir sıra ərazilər azad edildi. Beləliklə, Aprel döyüşləri böyük Zəfərin baş məşqi oldu. Aprel döyüşləri hərbi, siyasi, mənəvi və psixoloji əhəmiyyət daşıyırdı. Azərbaycan dünyaya göstərdi ki, hansı vasitələrlə olursa-olsun öz ərazilərini düşməndən azad edəcək.

Torpaqlarının azad edilməsində Azərbaycanın qarşısında kimsə dayana bilməz. Bu qələbə, eyni zamanda, xalqımız üçün böyük mənəvi, psixoloji əhəmiyyət daşıyırdı. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcək. Aprel döyüşlərində qazanılan qələbə Ermənistanda dərin böhran yaratdı və bir müddət sonra hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Aprel qələbəsi hərb tariximizin şanlı səhifələrindən biridir”.

Əvvəlki Yazı

Mədəniyyət Nazirliyi yeni media layihəsini təqdim edəcək

Növbəti Yazı

Azərbaycan aliminin əsəri “Springer”də nəşr ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.