İyun 17, 2025-16:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib”

2025:04:03 - 12:03
in İQTİSADİYYAT
A A

İndiyə qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, TAP-ın icraçı direktoru Luka Skieppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələləri müzakirə edilib.

Xatırladaq ki, 2021-ci ildə aparılan bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək boru kəmərinin illik ötürücülük gücünü 10 milyard kubmetrdən əlavə olaraq 1,2 milyard kubmetr artırmaq öhdəliyi götürüblər.

Daha əvvəl TAP AG-nin icraçı direktoru “Report”a müsahibəsində bildirmişdi ki, bu genişləndirmə layihəsinin ilk mərhələsi TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir və onun büdcəsi təxminən 132 milyon avrodur. Layihə çərçivəsində Kipoi şəhərindəki mövcud kompressor stansiyasına əlavə kompressor qurğusu quraşdırılacaq və avadanlıqlar yenilənəcək.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

Əvvəlki Yazı

Həsənriz kəndindəki park doğma torpaqlara köçən sakinlərin istirahət məkanına çevrilib

Növbəti Yazı

Əlillik və reabilitasiya sahəsində görülən işlərə dair infosessiya keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.