Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynanın 49 pilotsuz təyyarəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 49 pilotsuz uçuş aparatını məhv edib: 16-sı Voronej vilayətinin ərazisində, 14-ü Belqorod vilayətinin ərazisi üzərində, 6 PUA Kursk və Samara vilayətlərinin əraziləri üzərində, 3 PUA isə Mordoviya ərazisi üzərində vurulub. Digərləri isə Bryansk, Lipetsk, Oryol və Penza vilayətləri üzərində ”, – Rusiya Hərbi İdarəsi bildirib. (Tass )