Çin hakimiyyəti milli inkişaf maraqlarını qorumaq və ABŞ-ın proteksionizminə qarşı tədbirlər görməkdə davam edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı hökumət bəyanatında deyilir.
“Birləşmiş Ştatlar iki ölkə və bütün dünya xalqlarının ümumi gözləntilərinə uyğun hərəkət etməli, qarşılıqlı fundamental maraqları müdafiə etməli, Çinin iqtisadi və ticarət fəaliyyətini boğmaq üçün tariflərdən silah kimi istifadə etməyi dayandırmalı və Çin xalqının qanuni inkişaf hüququnu pozmağa son qoymalıdır”, – Çin hökuməti şərh edib.
Qeyd olunur ki, Pekin “problem yaratmır və onlardan qorxmur”, təzyiq və təhdidlər isə “ÇXR ilə iş görmək üçün yanlış yoldur”. “Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüb və görməyə davam edəcək”, – bəyanatda deyilir.
Qloballaşmanın “bəşər cəmiyyətinin inkişafı üçün qaçılmaz bir yol” olduğunu və Çin-Amerika ticarət və iqtisadi əlaqələrinin mahiyyətinin qarşılıqlı faydalı əməkdaşlıq olmalıdır. “Ticarət və tarif müharibələrində qalib yoxdur və proteksionizmdən çıxış yolu yoxdur”, – bəyanatda vurğulanır. “Dünyanın hegemonluğa deyil, ədalətə ehtiyacı var”. (Tass)