İyun 16, 2025-21:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Vaşinqtonda türkdilli ölkələrin təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub

2025:04:06 - 11:17
in MƏDƏNİYYƏT
A A

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ABŞ-dəki səfirliklərinin təşkilatçılığı ilə Vaşinqtonda Novruz bayramı qeyd olunub.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə diplomatik korpus nümayəndələri, ABŞ dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ekspertlər, eləcə də təşkilatçı ölkələrin icma üzvləri, tələbələr iştirak ediblər. Tədbirə ev sahibliyi edən Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, həmçinin Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan səfirləri çıxış edərək türkdilli ölkələrin ortaq mədəni irsi olan Novruz bayramının qeyd olunmasından məmnunluqlarını dilə gətiriblər.

Qeyd olunub ki, Novruz dostluğun, yeni başlanğıcların bayramıdır və dünyaya sülh və bərabərlik mesajı ötürür. Gələcəkdə ortaq mədəniyyət bağlarını gücləndirmək məqsədilə oxşar işlərin davam etdiriləcəyi vurğulanıb.

Daha sonra tədbirdə iştirakçı ölkələrə məxsus rəqslər və musiqilər, o cümlədən “Arşın mal alan” və “Nəlbəki” rəqsləri və ABŞ-da yaşayan azərbaycanlı uşaqlar tərəfindən Rəşid Behbudovun səsləndirdiyi “Azərbaycanım” musiqisi ifa olunub.

Sonda səfirliklərin təşkil etdiyi “Novruz və yaz” adlı uşaq rəsm müsabiqəsinin qalibləri elan olunub və onlara sertifikatlar təqdim edilib.

Əvvəlki Yazı

Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur

Növbəti Yazı

Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.