Dövlət Sərhəd Xidmətinin Kiçik giziri Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonu ərazisində minaya düşərək şəhid olub.
Teleqraf -ın Cənub bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün doğulduğu Lənkəran rayonunun Göyşaban kəndinə gətirilib. Burada keçirilən vida mərasimində şəhidin yaxınları, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.
Vida mərasimindən sonra Əsgər Musazadənin cənazəsi böyük izdihamla Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Kiçik gizir Nicat Musayev peşəkar hərbçi olub və Dövlət Sərhəd Xidmətində xidmət edirdi. Onun qəhrəmancasına həlak olması hər kəs tərəfindən dərin hüznlə qarşılanıb.
Allah rəhmət eləsin.