Avqust 22, 2025-16:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda tibbi personal üçün xüsusi təlimlər təşkil olunub 

2025:04:07 - 12:56
in SOSİAL
A A

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində əhalinin tibbi xidmətə əlçatanlığının artırılması və keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu tədbirlər çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yaradılan Ailə sağlamlıq mərkəzlərində (ASM) çalışan tibbi personalın bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlimlər təşkil olunub.

İlkin olaraq Ordubad, Kəngərli və Sədərək rayonları üzrə ASM əməkdaşları təlimlərdə iştirak edib. Təlimlərdə əsas diqqət göstərilən tibbi xidmətin insan amilinə əsaslanmasına, həkim-pasiyent münasibətlərində etimadın və düzgün ünsiyyətin qurulmasına yönəldilib. Eyni zamanda, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin təmin edilməsi və etik davranış qaydaları barədə iştirakçılara geniş məlumat verilib.

Ailə sağlamlıq mərkəzlərinin fəaliyyətində əsas hədəf tibb xidmətini əhalinin birbaşa yaşadığı ərazilərə yaxınlaşdırmaq, ilkin tibbi yardımı daha əlçatan və keyfiyyətli etməkdir. Keçirilən təlimlər bu hədəfə xidmət edir və tibbi personalın peşəkarlığının artırılmasına, vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə imkan yaradır.

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında icra olunan Dövlət proqramı çərçivəsində yaradılan yeni səhiyyə infrastrukturu, həyata keçirilən təlimlər və tətbiq olunan yanaşmalar əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımdır.

Əvvəlki Yazı

Orxan Zeynalov: “Azərbaycan regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükünü artırmağa hazırdır

Növbəti Yazı

Milli Məclisin deputatları QDİƏT PM-in tədbirində iştirak edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.