Aprelin 20-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şagirdlər aprelin 10-dək http://kenquru-2025.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak könüllüdür.
Qeydiyyatla bağlı yaranan çətinliklə əlaqədar +994 55 384 86 31 / +994 50 328 05 32 nömrələri ilə əlaqə saxlamaq olar.