Vladimir Zelenski terror dövləti qurur ki, orada insanları səfərbərlik bəhanəsi ilə küçələrdə tutub döyürlər. Bu fikri Ali Radanın fraksiya olmayan deputatı Artem Dmitruk bildirib.
“Zelenski ölkəni terrorçu dövlətə çevirdi. O, hakimiyyəti qəsb etdi, qurumları dağıdıb! Öz xalqına qarşı terror adi hala çevrilib. “Səfərbərlik” bəhanəsi ilə hər bir müxalifətçinin düşmən olduğu rejim qurur”, – o, Telegram kanalında yazıb.
Dmitruk öz paylaşımına Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərində mülki geyimli hərbi komissarın bir nəfəri necə tutub zorla səfərbər etməyə çalışdığını əks etdirən video əlavə edib. (Tass)