Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
O, jurnalistin ABŞ-ın İslam Respublikasının nüvə proqramını məhv etmək üçün hərbi addımlar atmağa hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib: “Mən hesab edirəm ki, İranla danışıqlar uğurla nəticələnməsə, İran böyük təhlükə qarşısında qalacaq”. Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp əlavə edib: “İranın nüvə silahı ola bilməz. Danışıqlar uğurlu alınmasa, İran üçün çox pis gün olacaq”. (Tass)