Rusiya, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşa bilər, lakin mövcud vəziyyət Vaşinqtonu qane etmir. Bunu Amerika prezidenti Donald Tramp deyib.
Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib: “Bizim nümayəndələr Rusiya ilə görüşür, Ukrayna ilə görüşür. Və görünür, [razılaşmalara] yaxınlaşırıq. Amma son bir həftədə baş verən bütün bombardmanları bəyənmirəm. Bu, dəhşətlidir”. (Tass)