2024-cü ilin iyul ayında Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısının çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Strateji Tərəfdaşlığın Qurulması barədə Birgə Bəyannamə qəbul edilib. Bu strateji sənəd Azərbaycanın və Çinənin müxtəlif sahələrdə – siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığını gücləndirməyi hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çinin “CGTN” telekanalının saytına yazdığı məqaləsində bildirib.
Müəllif məqalədə Çin-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsinə xüsusi diqqət yetirib: “Bəyannamədə hüququn əsas prinsipləri – “ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, təcavüzkarlıq etməmək, daxili işlərə müdaxilə etməmək” – daxil edilib. Bu prinsiplər hər iki ölkə üçün həmişə vacib olub. Biz həmişə “Vahid Çin” siyasətini dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz yalnız bir Çin olduğunu qəbul edirik və Çin Xalq Respublikasının hökumətini bütöv Çin xalqını təmsil edən yeganə qanuni hökumət kimi tanıyırıq. Tayvanı Çin ərazisinin ayrılmaz bir hissəsi kimi qəbul edirik və Tayvan müstəqilliyinin hər hansı formasına qəti şəkildə qarşıyıq. Bu, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bəri davam edən mövqeyimizdir.
Nazir müavini Çin-Azərbaycan iqtisadi münasibətlərindən də danışıb: “Biz iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndiririk. 2024-cü ildə ticarət dövriyyəmiz 2023-cü ilə nisbətən 20 faiz artıb. Hal-hazırda Azərbaycanda təxminən 300 Çin investisiyası ilə fəaliyyət göstərən şirkət var və bu sayının daha da artacağı gözlənilir. Çin Azərbaycan üçün ən böyük beş ticarət tərəfdaşından biridir və əsas idxal mallarının mənbəyidir.
Elnur Məmmədov regional əlaqə məsələlərini ilə bağlı da mülahizələr yürüdüb: “Bu barədə ən vacib çəsələ Xəzərdənkənar Beynəlxalq Nəqliyyat Yolu, başqa cür desək “Orta Dəhliz”dir. Bu əsas nəqliyyat arteriyası Çin və Avropa iqtisadiyyatlarını birləşdirir. Etibarlılığı, sabitliyi və təhlükəsizliyi ilə tanınan bu yol, həm Şərqdən Qərbə, həm də Qərbdən Şərqə doğru qitələrarası yüklərin daşınmasında ən çox seçilən yol olub. Bəziləri bunu, 2013-cü ildə Prezident Si Cinpin tərəfindən təklif olunan “Bir Kəmər, Bir Yol” (BRİ) təşəbbüsünün bir hissəsi kimi qiymətləndirir. Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olub. Strateji Tərəfdaşlıq Bəyannaməsində ölkələrimiz, BRİ çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə olan sadiqliklərini ifadə ediblər. Bundan əlavə, Azərbaycan Hökuməti ilə Çin Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Xəzərdənkənar Beynəlxalq Nəqliyyat Yollarının inkişafı barədə Anlaşma Memorandumu imzalanıb”.
Diplomat Çin vətəndaşlarının Azərbaycana səfərlərinin artmasından məmnunluğunu da gizlətməyib: “Strateji Tərəfdaşlığın Qurulması barədə Birgə Bəyannaməyə uyğun olaraq, Azərbaycan hökuməti Çin vətəndaşlarının adi pasport sahibləri üçün viza tələblərindən azad edilməsinə dair mühüm qərar qəbul edib. 2024-cü ilin iyul ayından etibarən, Çin vətəndaşları Azərbaycana viza almadan səfər edə biləcəklər ki, bu da turist axınının müsbət istiqamətdə artmasına təsir göstərəcək. Xüsusilə, keçən il ərzində Çinlə Azərbaycana səfər edən turistlərin sayı iki dəfə artıb. Bundan əlavə, Pekin və Ürümqi şəhərlərindən Bakıya birbaşa uçuşların başlanması bu artımı asanlaşdırıb. Hazırda viza azadlığı bir il müddətinə qüvvədə olsa da, biz bu müddətin sonsuz və qarşılıqlı olmasına çalışırıq”.