Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.
“1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Allah rəhmət eləsin!”, – paylaşımda qeyd olunub.