Rusiya, şübhəsiz ki, ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılmasına töhfə kimi alqışlayır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Əlbəttə”, – o, Moskvanın danışıqlar prosesinin başlanmasına dəstək verib-verməməsi ilə bağlı suala cavab verib. “Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi və diplomatik tədbirlərlə həllinin tərəfdarıyıq”. “Əgər belədirsə, bunu yalnız alqışlamaq olar”, – Kreml nümayəndəsi vurğulayıb.
“Biz bilirik ki, Omanda müəyyən birbaşa və dolayı təmaslar planlaşdırılır. Və təbii ki, bu, yalnız müsbət qarşılana bilər, çünki bu, İran ətrafında gərginliyin azalmasına gətirib çıxara bilər”, – Rusiya prezidentinin mətbuat katibi əlavə edib. (Tass )