Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici siyasət idarəsi vasitəsilə təmsil olunacaq.
“Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi vasitəsilə olacaq. Buna uyğun olaraq, Xarici İşlər Nazirliyindəki həmkarlarımızdan məlumat gözləyin”, – Kreml nümayəndəsi brifinqdə müvafiq suala cavab verib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüş hazırladığını bildirmişdi. “Artıq İstanbulda görüş olub, indi ikinci görüş hazırlanır”, – deyə o, izah edib. (Tass)