Avqust 13, 2025-17:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Daşkəsən rayonunda yaz əkini aparılır

2025:04:08 - 16:58
in İQTİSADİYYAT
A A

Daşkəsən rayonunda kənd təsərrüfatı ilə məşğul olan fermerlər və kənd sakinləri sahələrdə yaz əkinini həyata keçirirlər.

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda torpaq rütubətlidir və iqlim şəraiti əkin üçün daha əlverişli hesab edilir.

Rayonda relyefə uyğun olaraq dəmyə əkinçiliyi həyata keçirilir. Yaz mövsümündə əsas diqqət taxıl, kartof və tərəvəz bitkilərinin əkini üzərində cəmlənib. Belə ki, 16 hektar sahədə yazlıq arpa, 3,5 hektar sahədə yazlıq buğda səpini aparılıb. Daha 20 hektara yaxın sahədə taxıl, 450 hektara yaxın sahədə kartof, 30 hektara yaxın sahədə lobya, 35 hektara yaxın sahədə kələm və 20 hektara yaxın sahədə tərəvəz bitkilərinin əkilməsi nəzərdə tutulub.

Optimal əkin müddətinə riayət edilərək torpağın hazırlanması, gübrələmə və digər işlər ardıcıl şəkildə həyata keçirilir. Rayonun bəzi təsərrüfatlarında texnika ilə şumlama və toxum səpini paralel aparılır. İstehsal olunan məhsulların daxili bazarlarda satışı nəzərdə tutulur.

Ötən il Daşkəsən rayonunda ümumilikdə 689 hektar sahədə əkin işləri aparılıb. Bundan 167 hektarda payızlıq buğda, 3 hektarda payızlıq arpa, 16,3 hektarda yazlıq arpa, 25 hektarda lobya, 27,5 hektarda kələm, 432 hektarda kartof, 18,5 hektarda digər tərəvəz bitkiləri əkilib. Buğda bitkisindən 417,5 ton, arpa bitkisindən 32,5 ton, lobya bitkisindən 6,2 ton, kələm bitkisindən 440 ton, kartof bitkisindən 4320 ton, tərəvəz bitkisindən isə 2,5 ton məhsul əldə olunub.

Əvvəlki Yazı

Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşüb

Növbəti Yazı

DTX terroru maliyyələşdirən 3 nəfəri həbs etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.