İyun 16, 2025-12:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Sabirabad şəhərində ustad dərsləri təşkil olunub

2025:04:08 - 17:40
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin tar və kamança ixtisasları üzrə müəllim və şagird heyəti üçün Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbində ustad dərsləri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ustad dərslərinin keçirilməsinin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllimlərin və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.

Aprelin 3-dən 8-dək keçirilmiş dərslərdə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, təkmilləşdirilməsi, daha səmərəli təşkil edilməsinə nəzarət və yerlərdə lazımi metodiki köməkliyin göstərilməsinə diqqət ayrılıb.

Ustad dərsləri tar ixtisası üzrə mərkəzin Təhlil, təlim və tədris şöbəsinin müdiri, Əməkdar artist Neymət Mürsəlov və kamança ixtisası üzrə Bakı şəhəri Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov tərəfindən keçirilib.

Ustad dərslərinin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

Tramp ticarət sazişini müzakirə etmək üçün Çindən zəng gözləyir

Növbəti Yazı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.