ABŞ-ın xüsusi əməliyyat qüvvələri İranın Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan yayınmaq, o cümlədən ölkənin Çinə neft satmasının qarşısını almaq cəhdlərini mütəmadi olaraq üzə çıxarır. Bu açıqlama ilə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) rəhbəri general Brayan Fenton çıxış edib.
“SOCOM müntəzəm olaraq İranın sanksiyalardan yayınma səylərini pozmağa kömək edir ki, bu da Pekinin qeyri-qanuni İran neft tədarüklərinə çıxışına təsir edir” deyib.
General həmçinin iddia edib ki, SOCOM Afrika, Yaxın Şərq və Latın Amerikası da daxil olmaqla Amerika tərəfdaşlarının dəstəyi ilə Çinin mineral və digər resursları korrupsiya yolu ilə əldə etməsinin qarşısını alır. (Tass)