Oman təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin Moskva görüşündə iştirak edəcək. Bu, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Oman sultan kanslerinin rəhbəri arasında keçirilən görüşdə təsdiqlənib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, “Aprelin 8-də Şoyqu Oman sultan kanslerinin rəhbəri Sultan əl-Nuamani ilə danışıqlar aparıb”. “Tərəflər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və Yaxın Şərq regionundakı vəziyyətlə bağlı konfidensial fikir mübadiləsi aparılıb”, – Təhlükəsizlik Şurasından bildirilib.
“Oman tərəfi öz nümayəndələrinin 27-29 may 2025-ci il tarixlərində Moskvada keçiriləcək təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin görüşündə iştirakını təsdiqləyib”, – Təhlükəsizlik Şurası vurğulayıb. (Tass)