Moskva Bakı və İrəvanı təmkin nümayiş etdirməyə və ölkələr arasında sərhəddə gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. “Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı təkrar edirik”, – Zaxarova bildirib.(Tass)