İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffi Qüdsdəki ofisində qəbul edib. Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
Ofis əlavə edib ki, görüşdə Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea da iştirak edib.
Səhər Netanyahu Vaşinqtondan qayıdıb və orada ABŞ prezidenti Donald Trampla görüşüb. (Tass)