Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti ərazisi üzərində altı Ukrayna PUA-nı məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2025-ci il aprelin 10-da Bakı vaxtı ilə təxminən saat 08:05-də növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisi üzərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını məhv edib”. (Tass)