ABŞ prezidenti Donald Trampın komandasının gözlənilməzliyi nə vaxtsa Avrasiya regionunda daha genişmiqyaslı eskalasiyaya səbəb ola bilər. Bunu “Soyuzniki. KTMT” nəşrinə MDB-nin baş katibi Sergey Lebedev deyib.
“ABŞ prezidentinin komandasının danışıqlar tərzinin xarakterik cəhətləri kimi ortaya çıxan sərtliyi və gözlənilməzliyi nəzərdən qaçırmaq olmaz. Müəyyən şəraitdə belə yanaşma nəinki müsbət tendensiyaları inkar edə bilər, həm də Avrasiya məkanında qeyri-sabitliyin bir çox nöqtələrində daha genişmiqyaslı eskalasiya raunduna gətirib çıxara bilər”, – o deyib.
“Belə qeyri-müəyyən vəziyyətdə sayıqlığı itirməmək və həmfikirlərlə razılaşaraq bütün mümkün ssenarilərə hazır olmaq vacibdir”, – Lebedev əlavə edib. (Tass)