TASS-a məlumatlı mənbə bildirib ki, İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr bir saatdan artıqdır ki, davam edir və konstruktiv şəkildə keçirilir.
“Danışıqlar konstruktiv şəkildə davam edir”, – agentliyin mənbəsi bildirib. Məsləhətləşmələrin bir neçə saat davam edəcəyi gözlənilir.
Danışıqlarda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək. (Tass)