Qazaxıstan Parlamenti Senatının (yuxarı palata) və Məclisinin (aşağı palata) sədrləri Maulen Aşimbayev və Erlan Koşanov, habelə respublikanın baş naziri Oljas Bektenov Rusiyaya səfər etməyi planlaşdırır. Bu barədə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
“Bizim çoxlu nümayəndə heyətlərimiz var, dinamika çox yaxşıdır. Siz bayaq dediniz ki, Məclis sədri, Senatın sədri Rusiyaya səfər etməyi planlaşdırır, baş nazir səfər edəcək”, – Nurtleu səfərin tarixlərini açıqlamayıb.