ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Rusiyada Ukrayna Silahlı Qüvvələri üçün vəsait topladığına görə 12 il həbs cəzasına məhkum edilmiş Kseniya Karelinanın Rusiya ilə mübadilə çərçivəsində ABŞ-a qayıdacağını təsdiqləyib.
“Bu gün Birləşmiş Ştatlar amerikalı-rus balerina Kseniya Karelinanın vətəninə qayıtmasını alqışlayır. Prezident [Donald] Tramp və onun administrasiyası xaricdə saxlanılan amerikalıların ailələrinə qaytarılması üçün çox çalışmaqda davam edir”, o, ” The Wall Street Journal” a (WSJ) şərhində bildirib.