İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail indiki vəziyyətdə Fələstin dövlətçiliyinin digər ölkələr tərəfindən tanınmasını “terrorun mükafatı” hesab edir. Eyni zamanda o, Fələstin məsələsində söhbətin “xəyali dövlət”dən getdiyi qənaətində olduğunu bildirib.
Hər hansı bir ölkə tərəfindən qondarma Fələstin dövlətinin “birtərəfli tanınması” hamımız bildiyimiz reallıqda terror və HƏMAS-a dəstək üçün mükafat olardı. Bu cür hərəkətlər bölgəmizə sülh, təhlükəsizlik və sabitliyi yaxınlaşdırmayacaq, əksinə, onları daha da uzaqlaşdıracaq”, – deyə Saar bəyan edib.
Aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris iyunda Fələstin dövlətçiliyini tanıya bilər. Fransa lideri qeyd edib ki, bu, Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirakı ilə keçirilən birgə konfrans zamanı baş verə bilər.