Çin Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda Amerika filmlərinin nümayişini dayandırmağı planlaşdırır. Bu barədə Dövlət Kinematoqrafiya İdarəsi məlumat yayıb.
Departamentin bəyanatında deyilir: “ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz olaraq çinli tamaşaçıların Amerika filmlərinə olan rəğbətinin daha da azalmasına səbəb olacaq”. “Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçı seçiminə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin sayını orta dərəcədə azaldacağıq”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Çin məhsullarına tətbiq edilən rüsumların 125%-ə qədər artırılacağını açıqlamışdı. Çin hökuməti aprelin 10-da ABŞ-ın idxalına əlavə rüsumları 84%-ə qaldıracağını açıqlayıb. Bu tədbir Vaşinqtonun hərəkətlərinə cavab olaraq atılıb.