Avqust 21, 2025-18:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“İRS-Heritage” jurnalının növbəti nömrəsi ingilis dilində nəşr olunub

2025:04:10 - 15:57
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, bu nömrədə Azərbaycanın mədəni müxtəlifliyi, tarixən formalaşmış birgəyaşayış ənənələri, elmi nailiyyətləri və incəsənət sahəsindəki irsi haqqında maraqlı məqalələr yer alıb.

Jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycanın mədəni irsinin qorunması və beynəlxalq ictimaiyyətə təqdim olunmasının əhəmiyyəti vurğulanır. Bu nömrədə yer alan yazılar Azərbaycanın tarixən formalaşmış mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində görülən işlərə xüsusi diqqət ayırır.

Jurnalın yeni nömrəsində yer alan məqalələr arasında ikisi diqqəti cəlb edir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun “Azərbaycanın birgəyaşayış ənənələri” sərlövhəli məqaləsində ölkəmizdə müxtəlif etnik və dini qrupların sülh içində birgə yaşama təcrübəsi və multikulturalizm ənənələri təhlil olunur.

“Xudavəng monastırı: tarixi faktlar və saxtakarlıqlar” – Azərbaycanın qədim alban irsinin qorunması və bəzi dairələrin bu tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı aparılan tədqiqatlar işıqlandırılır. Müəllif tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

“İRS” jurnalının ingilis dilində dərc olunan bu nömrəsində oxucular Azərbaycan tarixi, etnoqrafiyası, rəngkarlığı, turizm potensialı haqqında bir-birindən maraqlı yazılarla tanış ola biləcəklər.

Həmişəki kimi jurnalın bu nömrəsi də Azərbaycanın zəngin tarixini, incəsənətini və elmi nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Oxucular yeni buraxılışla “IRS” jurnalının rəsmi saytında tanış ola bilərlər.

Əvvəlki Yazı

Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Növbəti Yazı

“Cənnət yuxusu” filmi Biləsuvarda nümayiş etdirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.