Energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə keçirilən görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, yaşıl enerji üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.