Avqust 21, 2025-20:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

2025:04:10 - 17:53
in İQTİSADİYYAT
A A

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb.

“Report” Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.

Sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4 500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3 278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır.

Sitrusçuluq əsasən, ölkənin cənub zonasında inkişaf edib. Ölkə üzrə limon bağlarının 95 %-i, naringi bağlarının 99 %-i, portağal bağlarının isə 100 %-i cənub bölgəsindədir. Son illər sitrus bağlarının sahəsi yeni salınan bağlar hesabına genişlənməkdədir.

2024-cü ildə Azərbaycandan xarici bazarlara ümumi məbləği 1 milyon 91 min ABŞ dolları olan 2 343 ton naringi və mandarin ixrac edilib.

Aqrar Sığorta Fondu sitrus bağlarını çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntısı, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığorta edir.

2024-cü ildə limon, naringi və portağal bağlarına dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 40 min manatdan çox sığorta ödənişi edilib. Fırtına, qasırğa, sel-subasma və şaxtavurma hadisələrindən zərər çəkmiş limon bağlarına görə 16 287 manat, naringi bağlarına görə 13 446 manat, portağal bağlarına görə isə 10 912 manat sığorta ödənişi həyata keçirilib.

Sığorta haqqına tətbiq edilən 50 %-lik dövlət dəstəyi fermerlərə öz sitrus bağlarını cüzi məbləğ ödəməklə sığortalamağa imkan verir. Sığorta haqqının 50 %-ni dövlət, 50 %-ni isə fermer ödəyir.

Cənub bölgəsində 1 000 manatlıq limon, naringi (mandarin) və portağal meyvəsinin çoxsaylı risklərdən sığortalanması fermerə olduqca kiçik bir məbləğə – cəmi 12 manata başa gəlir.

Sitrus bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta edə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83 % təşkil edir.

Məsələn, ildə 30 manatlıq məhsul gətirən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 74 qəpikdir. 50 %-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 37 qəpik ödəməklə ağacı çoxsaylı risklərdən sığorta edə bilər.

Əvvəlki Yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Növbəti Yazı

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan İcmasının BMT-də yayılan sənədlərinin sayı 11-ə çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.