Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq üçün yeni görüşün təşkili planlarını müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti İstanbulda Rusiya-Amerika məsləhətləşmələrinin yekunlarına dair məlumat yayıb.
Onun yaydığı yazılı açıqlamaya görə, “İstanbulda nümayəndə heyətlərinə başçılıq edən dövlət katibinin köməkçisinin [Avropa və Avrasiya məsələləri üzrə müavini Sonata] Coulter və [Rusiyanın ABŞ-dakı səfiri Aleksandr] Darçiyev zərurət yaranarsa, yaxın gələcəkdə bu məsələlərlə bağlı yeni görüşün keçirilməsi imkanını müzakirə ediblər. “Onun keçirilmə tarixi və yeri, həmçinin iştirakçıların tərkibi daha sonra müəyyən ediləcək”, – ABŞ Dövlət Departamenti aydınlaşdırıb. Onun sözlərinə görə, məsləhətləşmələrin hazırkı raundu nümayiş etdirdi ki, tərəflər “konstruktiv yanaşma”nı davam etdirirlər.
Dövlət Departamenti əlavə edib ki, nümayəndə heyətləri diplomatik nümayəndəliklərin işi üçün bank xidmətlərinin göstərilməsi imkanlarını da müzakirə ediblər. (Tass)