Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (580 milyon dollar) hərbi yardım edəcək. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Vəsaitlər Kiyevə “yüz minlərlə” PUA-nın verilməsinə, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinə yönəldilir. Bundan əlavə, bu vəsait Ukrayna üçün radar sistemləri, tank əleyhinə minalar və pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.
Bu açıqlama Ukraynaya hərbi təchizat üzrə təmas qrupunun cümə günü Brüsseldə keçirilməsi planlaşdırılan iclasından əvvəl verilib. (Tass)