Avstraliya hökuməti 2015-ci ildə Çinin “Landbridge” şirkətinə 99 il müddətinə icarəyə verilmiş Darvin şəhərindəki limanı geri qaytarmağa çalışacaq.Bu barədə “The Australian” qəzeti ölkənin baş naziri Entoni Albanesenin bəyanatına istinadən yazıb.
Albanese “Darvin limanını Avstraliyanın mülkiyyətinə qaytaracaqlarına” söz verdi. “Mənim hökumətim bu məqsədə nail olmaq üçün indiki və gələcək liman operatorları, eləcə də Şimal ərazisi hökuməti ilə işləməyə sadiqdir”, – deyən baş nazir müxalifətdə olarkən hazırkı hökuməti limanı Çin şirkətinə icarəyə vermək qərarına görə tənqid etdiyini xatırladıb.
Hökumət başçısı vurğulayıb ki, hakimiyyət limanın dövlət mülkiyyətinə qaytarılması üçün istənilən tədbiri görməyə hazırdır. “Əgər müqaviləni təmin edə bilsək və mülkiyyət hüququ Birliyin müdaxiləsi olmadan Avstraliyanın nəzarətinə qaytara bilsək, bunu edəcəyik, lakin məcburi satınalmadan istifadə etməyə hazırıq” deyib.
Çinin Landbridge şirkəti Darvin limanının satılmadığını bildirib. (Tass)