Pentaqon xərcləri azaltmaq üçün Accenture, Booz Allen və Deloitte ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.
“Mən dəstək xidmətləri, konsaltinq və digər vacib olmayan əşyalar üçün 5,1 milyard dollarlıq müqavilələrə xitam vermək üçün sərəncam imzalayıram. Məsələn, Müdafiə Səhiyyə Agentliyinin Accenture, Deloitte, Booz Allen və başqaları ilə müqaviləsinin ləğvi Pentaqona 1,8 milyard dollar qənaət edəcək. Proqram təminatı satıcıları ilə müqavilələrə xitam verilməsi daha 1,4 milyard dollara qənaət edəcək”, – o, Penqonun saytında yerləşdirilən videoda qeyd edib.
“Bundan əlavə, biz ABŞ Hərbi Dəniz Qüvvələri ilə biznes konsaltinq xidmətləri üçün 500 milyon dollarlıq müqavilə müəyyən etmişik. Bu vəsait hərbçilərimizin və onların ailə üzvlərinin səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün lazımdır, nəinki biznes prosesləri üzrə məsləhətçilərə saatda 500 ABŞ dolları məbləğində maaş ödəmək üçün deyil”, – Müdafiə Nazirliyinin rəisi əlavə edib. (Tass)