Avqust 23, 2025-1:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Sağlamlıq Mərkəzində yüksəkixtisaslı cərrahlar tərəfindən müayinə və əməliyyatlar həyata keçirilib

2025:04:11 - 10:31
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksəkixtisaslı cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlar həyata keçirib.

Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya yerli əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və müasir tibbi xidmətlərin təmin edilməsi məqsədini daşıyıb. Əməliyyatlar və müayinələr zamanı müxtəlif sahələrdən olan həkimlər, xüsusilə endokrin cərrahı, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, qida borusu, 12 barmaq bağırsağı, anesteziologiya-reanimasiya və intensiv terapiya üzrə peşəkar xidmətlər göstəriblər.

Həkim heyəti Naxçıvan Sağlamlıq Mərkəzində son vaxtlar həyata keçirilən yeniliklərlə də tanış olublar. Onlar, müasir avadanlıqlarla tam təchiz olunmuş əməliyyat otaqlarını və müasir standartlara cavab verən palataları, həmçinin həyata keçirilən digər yenilikləri yüksək qiymətləndiriblər. Həkimlər mərkəzin tibbi infrastrukturunun müasir tələblərə uyğun olduğunu və burada göstərilən xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Onlar, belə bir müasir şəraitin və avadanlığın yerli həkimlər və xəstələr üçün böyük üstünlük təmin etdiyini qeyd edərək, Naxçıvanda səhiyyə sahəsindəki inkişafları təqdir ediblər.

Qeyd edək ki, aksiya 2 gün davam edəcək.

Əvvəlki Yazı

Naxçıvanda 5 hektara yaxın ərazidə yeni yaşayış kompleksi tikiləcək

Növbəti Yazı

Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.