Avqust 21, 2025-16:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında “Konstitusiya və suverenlik İli” ilə əlaqədar silsilə materiallar hazırlanır

2025:04:11 - 12:55
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli” adlı elektron resurslar bazası və eyniadlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda Azərbaycan dövlətçilik tarixindən, Şanlı Zəfər tarixindən bəhs edən və Azərbaycan, rus dillərində dərc edilən “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Azərbaycan 1995 : Qarşıdurmadan milli həmrəyliyə”, “Möhtəşəm 20 il : 2003-2023”, “Azərbaycan tarixinin yeni dövrünün başlanğıcı: Xankəndi zəfəri”, “Azərbaycan Respublikasının konstitusion inkişafı”, “Hüquqi dövlət və konstitusiya”, “Azərbaycan Respublikası Konstitusiyasında təhsil və tərbiyə məsələləri” kimi 60-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri sərgilənir.

“Konstitusiya və Suverenlik İli”  ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada sözügedən mövzuda “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Azərbaycan müəllimi”, “Şərq”, “Ədəbiyyat qəzeti”, “Bakı xəbər” kimi dövrü mətbuat nümunələrinin internet portallarında dərc edilən 30-dan çox material toplanıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Əvvəlki Yazı

Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib – YENİLƏNİB

Növbəti Yazı

BANM ilə “Acwa Power” şirkəti əməkdaşlıq edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.