Böyük Britaniya Ukraynaya 450 milyon funt sterlinq (590 milyon dollar) yardım edəcək. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, bu məbləğin 350 milyon funt-sterlinqi artıq Kiyev üçün bu il üçün nəzərdə tutulan 4,5 milyard funt-sterlinqlik rekord hərbi yardım paketinə daxil edilib.
Aprelin 11-də elan edilən məbləğin 160 milyon funt-sterlinqi “əvvəllər Ukraynaya verilmiş maşın və avadanlıqların təmiri və texniki xidmətinə” sərf olunacaq. “Bugünkü paketə həmçinin Böyük Britaniya və Norveçin vəsaitlərindən istifadə etməklə radar sistemləri, tank əleyhinə minalar və yüz minlərlə pilotsuz uçan aparatların maliyyələşdirilməsi, yaxın döyüşlərdə yeni hərbi yardım paketi daxildir” deyib.
Vəsaitlərin ayrılması ilə bağlı elan Brüsseldə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun görüşünə təsadüf edir. Ona Böyük Britaniya və Almaniya sədrlik edir. (Tass)