İran və ABŞ şənbə günü dolayı məsləhətləşmələrdə gələcək danışıqların formatı barədə razılığa gələ bilərlər. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Səfir dəqiqləşdirib ki, danışıqlarla bağlı ətraflı məlumatı yoxdur. “Mənim bu danışıqlar barədə ətraflı məlumatım yoxdur, lakin deyə bilərəm ki, bu, ilk görüş olacaq. Düşünürəm ki, onlar [İran və ABŞ] əvvəlcə gələcək danışıqların forması ilə bağlı razılığa gələcək, sonra isə öz qarşılarına məqsəd qoyacaqlar”, – Cəlali bildirib. (Tass)