Brüssel Gürcüstanla münasibətlərində ikili standartları rəhbər tutur. Macarıstanın xarici işlər naziri Peter Szijjarto Antalya Diplomatik Forumu çərçivəsində gürcü jurnalistlərə deyib ki, Avropa İttifaqı ədalətli hərəkət etməlidir.
“Biz Brüsselin Tbilisiyə münasibətini bəyənmirik. Biz Avropa İttifaqının ədalətli, ikili standartlar olmadan hərəkət etməsini istəyirik”, – Szijarto bildirib.
O, ümid etdiyini bildirib ki, indi ABŞ-da Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra beynəlxalq siyasət qarşılıqlı hörmət və praqmatizmə qayıdacaq. “İndi prezident Tramp yenidən vəzifəsinə qayıtdıqdan sonra düşünürəm ki, beynəlxalq siyasət qarşılıqlı hörmətə, daha çox rasionalizmə və praqmatizmə, daha az ideologiyalaşmaya və digər ölkələrin daxili işlərinə qarışmağa qayıdacaq”, – o əlavə edib.
Szijarto Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasını məmnunluqla qeyd edib. “Bu, digər ölkələrin daxili işlərinə qarışan təşkilatların maliyyəsini əhəmiyyətli dərəcədə azaldacaq”, – Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri izah edib. (Tass)