Goranboyda 12 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Tapqaraqoyunlu kəndində baş verib.
Bir neçə küçə iti ərazidən keçən 2013-cü il təvəllüdlü Səxavət Hacıyevaya hücum edib.
Nəticədə 12 yaşlı qız müxtəlif bədən xəsarətləri alıb. Azyaşı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi olaraq qiymətləndirilir.