ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna münaqişəsinin tezliklə həlli üçün hərəkətə keçməyə çağırıb. O, bu barədə Moskvada özünün xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüş ərəfəsində bəyan edib.
“Rusiya hərəkətə keçməlidir. Həddən artıq çox insan – hər həftə minlərlə insan – heç vaxt baş verməməli olan dəhşətli və mənasız müharibədə ölür”, – Tramp Truth Social-da yazıb.
Amerika prezidenti həmçinin prezident olsaydı, hərbi əməliyyatların başlamasına icazə verməzdi. (Tass)