İyun 15, 2025-17:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şəkidə şahmat yarışında 80-dək təhsil işçisi mübarizə aparıb

2025:04:12 - 11:53
in SOSİAL
A A

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Şəki rayonunun təhsil işçiləri arasında şahmat yarışı keçirilib. Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda 80-dək təhsil işçisi mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.

Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva və başqaları çıxış edərək, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd bölgədə şahmatın inkişafına töhfə vermək, eyni zamanda, təhsil işçilərinin asudə vaxtını səmərəli təşkil etmək və aralarında dostluq münasibətlərini möhkəmləndirməkdən ibarətdir.

Yarışda qalib gələn təhsil işçiləri Həmkarlar Komitəsi tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Əvvəlki Yazı

Şirvan sakini tapdığı avtomatı polisə təhvil verib

Növbəti Yazı

Kamaləddin Qafarov: “Azərbaycan Yaxın Şərqdə sülh prosesinə töhfə verə bilər”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.