Gürcüstan Cənubi Qafqaz üzrə “3+3” platformasına qoşulmağı planlaşdırmır. Bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən müzakirələr zamanı Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili deyib.
“Gürcüstan bu formatın bir hissəsi deyil (“3+3” ). Biz Rusiyadan başqa bütün qonşularımızla əməkdaşlıq edirik və bunun səbəbi var ki, biz bu formatın bir hissəsi ola bilmərik “, – Boçorişvili bildirib.
Onun qeyd etdiyi kimi, Gürcüstan və Rusiyanın yalnız bir formatı var – Transqafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə müzakirələri və bu format ölkə üçün çox vacibdir, çünki münaqişə ilə bağlı məsələlərin müzakirəsinə imkan verir.
XİN rəhbəri həmçinin vurğulayıb ki, Gürcüstan “digər qonşuları – Ermənistan, Azərbaycan, Türkiyə ilə əla regional əməkdaşlığa malikdir” və ölkə regionda tərəfdaşlığı dərinləşdirməyə hazırdır, lakin “3+3” formatında deyil. (Tass)