İyun 17, 2025-12:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan XİN: Fransanın ikili yanaşması onun riyakarlığını ifşa edir

2025:04:14 - 15:50
in SİYASƏT
A A

Rəsmi Parisin Ermənistanı öldürücü silahlarla təchiz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət yaradır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb.

Onun sözlərinə görə, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir:

“Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir”.

A.Hacızadə həmçinin qeyd edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması cəhdləri təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.

Xatırladaq ki, Fransa XİN başçısı jurnalislərə açıqlamasında Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə gərginlik olduğunu iddia edərək bunun narahatlıq doğurduğunu bildirmişdi.

Əvvəlki Yazı

Nizami rayonunda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

Növbəti Yazı

Azərbaycan və Kamboca ikiqat vergitutmanı aradan qaldırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.