Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ərazi bütövlüyü hüququnun xalqların öz müqəddəratını təyinetmə hüququndan üstün olması ilə bağlı mövqeyi ilə razılaşmır.
“Qazaxıstan prezidenti Tokayevin bu çıxışı yadımdadır. Mən onunla razı deyiləm. Biz sonradan öz mövqeyimizi qazaxlı dostlarımıza izah etdik. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var”, – nazir ” Kommersant qəzetinə müsahibəsində qeyd edib.
“Mən ona təkrar etdim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, o zaman onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər”, – Lavrov davam edib. “Mən dekolonizasiyanı misal çəkdim. Dövlətlər arasında Münasibətlərin Prinsipləri haqqında Bəyannamədə nə yazılıbsa, orada da belə olub. Məhz: hökumətləri müəyyən ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərdə ərazi bütövlüyünə hörmət edilir”.
Lavrov vurğulayıb ki, nə Paris, nə Lissabon, nə Madrid, nə də London – heç bir müstəmləkəçi dövlət bu müstəmləkəçilərin ələ keçirdikləri ərazidə yaşayan bütün insanları təmsil etmir. “Bu, sübut tələb etmir. Ona görə də dekolonizasiya prosesi BMT Nizamnaməsinə tam uyğun olaraq baş verib”, – Rusiya XİN rəhbəri vurğulayıb. (Tass)